Aynur Sofiyevaya görə Azərbaycanda siyasi məhbus yoxdur

2013-03-08 19:58:00

Tia.Az xəbər verir ki, dünyanın hər tərəfindən hökumət və qeyri-hökumət təşkilatlarının aktiv iştirak 

etdiyi toplantıda Azərbaycanı Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini

Aynur Sofiyeva təmsil edirdi.


CSW57-də Türkiyə nümayəndə heyəti tərəfindən təşkil edilmiş "Hüquqi islahatlar və ən yaxşi tədbirlər"

adli toplantıda çıxış edən və Azərbaycan hökumtənin fəaliyyətlərini işıqlandıran xanım Sofiyeva

bildirdi ki, Azərbaycandakı qanunlar qadınlara qarşı fiziki və her cür şiddətin qarşısının alınması,

qadınların tam hüquqlarının qorunması və onların potensiallarının həyata keçirilməsi üçün tam

imkanlar yaradır.

Xanım Sofiyevanin çıxışına etirazını bildirən və CSW57-də National Council of Women of Canada-nı təmsil

edən Dr. Nazile Isgəndərova Azərbaycanda qadınlara qarşı şiddətin başında Azərbaycan hökumətinin

gəldiyini bildirdi. Dr. Isğəndərova Azərbaycanda qadına qarşı şiddətin siyasi, iqtisadi və ictimai

səbəblərinin olduğunu göstərərək, bu səbəbləri doğuran və yayan Azərbacyan hökümətinin

qeyri-demokratik fəaliyyetini, siyasi müxalifətə qarşı acımasız təzyiq və həbslerini tənqid etdi.

Azərbacyan hökümətinin bu günkü mövqeyini müdafiə edən Sofiyeva bildirdi ki, Dr. Isğəndərova

ümumi və faktlalara əsaslanmayan bir fikir səsləndirdi. Azerbaycanda siyasi məhbus probleminin

olmadığınıvurğulayan Sofiyeva qanunların hami üçün bir olduğunu ifadə etdi: "Əgər Azərbaycanda

qadın tutrlubsa, konkret cinayətinə görə tutulub." Sofiyeva əlavə etdi ki, xanım (yəni, Dr. Isgəndərova)

azərbaycanlı olmasına rəğmən, erməniler tərəfindən 500000 yaxın fiziki işgəncəyə məruz qalan

qadınlardan deyil, olmayan şeylərden danışır.

Qeyd etmək istərdik ki, Dr. Isgəndərova National Council of Women of Canada-nın CSW57-dətəşkil

etdiyi din adı ilə qadınlara şiddət mövzusundakı konfransda Xocalıda ermənilerin soyqırımına və

təcavüzünə məruz qalan qadınların acılarını dilə getirmişdir. Dr. Isgəndərova "The Nectar of Passion"

adlı romanında da Xocalı genosidini, Azərbaycan ərazisinin Ermənistan tərəfinden işğalını və o

cümlədən Azərbaycan hökümətinin qeyri-demokratik fəaliyyətini ətraflı təsvir etmişdir.

 
Mənbə : tia.az
 
 
 
http://topnews.az/news/228737/Aynur-Sofiyevaya-gora-Azarbaycanda-siyasi-mahbus-yoxdur.html
 
 

62
0
0
Yorum Yaz