Azerbaycan Reqs Qrupunun uğuru

2009-06-17 04:01:00


 

İyunun 14-de Hamilton şeherinde heyata keçirilen enenevi Türk festivalında Torontoda fealiyyet gösteren Azerbaycan Reqs Qrupunun telebeleri uğurlu çıxış etdiler.

 Azerbaycan Reqs Qrupu bir neçe il evvel Kanada Azerbaycan Dernekleri Federasiyasının teşebbüsü ile yaradılmış ve her il müxtelif beynelxalq tedbirlerde Azerbaycan reqslerini teqdim etmişdir.

 Kanada Azerbaycan Dernekleri Federasiyasının prezidenti Ekber Mecidov festivalda Qrup haqda melumat vererek Azerbaycan reqslerinin Kanadada inkişafında ve tanıdılmasında, onlarla telebenin yetişdirilmesinde müellimler Malik Ağayevin ve Alim Zeynalovun böyük zehmetlerinin olduğunu bildirdi. E. Mecidov Reqs Qrupunun qarşıdan gelen aylarda Montreal, Toronto ve Ottawa şeherlerinde keçirilecek bir neçe tedbire devet aldıqlarını da diqqete çatdırdı.

50
0
0
Yorum Yaz