Bezek, Leyla

2007-04-15 19:13:00

Devamı

Xezer denizi, Emin, JK

2007-04-15 19:11:00

Devamı

Semeni, Valide

2007-04-15 19:10:00

Devamı

Mehseti Gencevi

2007-04-15 05:51:00

  XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şe'rlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə mə'lum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mə'nasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclis-lərində keçirmişdir. Onun şe'rlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan kənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şe'rlər silsiləsi daha çox məşhurdur:      Bənzər, dərzi oğlu, uzun qəmərə,      Sənə yüz Məhsəti dönər çakərə.      Əlindəki saptək yolum düşə kaş    ... Devamı

Azərbaycan qadını

2007-04-14 23:24:00

 Müasir Azərbaycan qadını iki boyuk sivilizasiyanın məhsuludur. Kökləri şərq mədəniyyətinə baglı olan Azərbaycan qadını intellektual cəhətdən Avropa mədəniyyəti ilə tərbiyələnmişdir. Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycan qadını təsvvürünün formalaşması qədim köklərə malikdir. Azığ mağarası və Qobustan qayaüstü şəkilləri buna sübutdur (e. ə. XV - XII mihtelik). Türk tayfalarında qadının sosial rolu daim fəal olub. Azərbaycan qadının fəal rolu ölkəmizin tarix və mədəniyyət abidələrində qabarıq və inandırıcı olaraq öz əksini tapıb: "Avesta"da ilahə Anahit (e.ə. III minillik), "Dədə-Qorqut"daBurla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), "İskəndər-namə"də Nüşabə; Köroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşud Banu Nətavan kimi şairlər, xalq qəhramanı… Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndiyeva, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar xanım Şixlinskaya və başqaları. Muassir Azərbaycan qadını özünü bütün incəsənət, mədəniyyət, elm sahələrində fəal nümaiş etdirib. İlk azərbaycanlı kimyaçı-qadın - İzzət Orucova. İlk həkim-ginekoloq - Ədilə X. Şaxtaxtinskaya. Azərbaycan Tarix Muzeyinə başçılıq edən - tarixçi, akademik Püstə Xanım Əzizbəyova. İlk peşəkar opera mühənniləri Fatma Muxtarova və Şöhkət Məmmədova. Onların estafetini SSRİ xalq artisti Zeynəb Xanlarova, ... Devamı